Skip to main content

About

Mən Kiməm?
Salamlar. Mən Fəda Ərzimanlı. Kompüter mühəndisliyi üzrə bakalavr təhsili alıram. Özüm haqqında bu qədər :)
İndi isə sizlərə bir az bloqun məqsədindən danışım. Bəzən kod, bəzən motivasiya, bəzən proyekt, bəzən də sadəcə ağlımdan keçənlər... Yəni, paylaşılacaq postlar, yazılacaq məqalələr məzmunca bir-birindən fərqlənsə də, məqsəd dəyişməyəcək. Proqramlaşdırma ilə həyatı bütünləşdirmək, bu sahədə nələrsə öyrənmək və öyrətmək.
İndilik söyləmək istədiyim çox şey yoxdur, amma qarşıdakı zamanda bir xeyli söyləmək və paylaşmaq istədiklərim olacaq. Yeni məqalələrdə görüşənədək. Özünüzə yaxşı baxın :) HƏYATI KODLAMAĞI UNUTMAYIN !!!

Mənimlə əlaqə: Veb saytFacebook, Instagram, Linkedin, Google+, E-mail

Comments

Popular Posts

Necə Yaxşı Bir Proqramçı Olmaq Olar ?

Əslində çox sadədir. < HƏYATI KODLAYIN /> Vəssalam!!!
Yaxşı, bunun mənası nədir? Cavab yenə çox sadədir. Proqramlaşdırma ilə həyatı bir bütün halına gətirmək. Gördüyümüz, duyduğumuz və şahid olduğumuz hər şeyi zehnimizdəki sadə kodlardan keçirə bilərik. Nəyin hardan gəldiyini, hansı yollardan necə keçdiyini və nə ilə nəticələndiyini sorğu-sual edərək kodlarla zehnimizi məşğul etsək, yaxşı bir proqramçı olmaq yolunda ilk addımı atmış olarıq. Dedik axı, artıq hayatı kodlayırıq :)
Daima öyrənin. Çünki bu sahənin ucu-bucağı yoxdur. Heç kim deyə bilməz ki, mən artıq hər şeyi bilirəm. Belə bir şey mümkün deyil. Hətta, hər hansı bir proqramlaşdırma dilini belə tam bilirəm demək heç də inandırıcı deyil. Dediyimiz kimi texnologiya durmadan inkişaf edir və bizlər də durmadan yeni nələrsə öyrənməliyik.
İşi mütəxəssisdən öyrən. Yəni, öz sahəsinin peşekarı olan proqramçılarla əlaqə qurmağa çalış. Onların bilik və təcrübələrindən yararlan. Hansı yollardan keçdiyini yaxşı öyrən və onların buraxd…