Skip to main content

Necə Yaxşı Bir Proqramçı Olmaq Olar ?

Əslində çox sadədir. < HƏYATI KODLAYIN /> Vəssalam!!!
Yaxşı, bunun mənası nədir? Cavab yenə çox sadədir. Proqramlaşdırma ilə həyatı bir bütün halına gətirmək. Gördüyümüz, duyduğumuz və şahid olduğumuz hər şeyi zehnimizdəki sadə kodlardan keçirə bilərik. Nəyin hardan gəldiyini, hansı yollardan necə keçdiyini və nə ilə nəticələndiyini sorğu-sual edərək kodlarla zehnimizi məşğul etsək, yaxşı bir proqramçı olmaq yolunda ilk addımı atmış olarıq. Dedik axı, artıq hayatı kodlayırıq :)
Daima öyrənin. Çünki bu sahənin ucu-bucağı yoxdur. Heç kim deyə bilməz ki, mən artıq hər şeyi bilirəm. Belə bir şey mümkün deyil. Hətta, hər hansı bir proqramlaşdırma dilini belə tam bilirəm demək heç də inandırıcı deyil. Dediyimiz kimi texnologiya durmadan inkişaf edir və bizlər də durmadan yeni nələrsə öyrənməliyik.
İşi mütəxəssisdən öyrən. Yəni, öz sahəsinin peşekarı olan proqramçılarla əlaqə qurmağa çalış. Onların bilik və təcrübələrindən yararlan. Hansı yollardan keçdiyini yaxşı öyrən və onların buraxdığı səhvlərdən nəticə çıxart. Sosial medidakı İT sahəsinə aid qruplara qatıl və başqa insanlarla tanış ol. Qısacası, sosial ol. Çünki, eqoist olmaq, hər bir işi təkbaşına görməyə çalışmaq, yardım istəməmək və s. bu kimi davranışlar səni bu sahədə irəliyə apara bilməz. Əksinə, geri atar.
Öyrəndiklərini paylaş. Buradakı tək məqsəd bildiklərini arxandakılara buraxmaq deyil. İnsan öyrətdikcə öyrənər deyiblər. Səbəb isə budur ki, insan məlumatı doğru paylaşmaq üçün işin daha dərinliyinə gedir və nəticədə özü də işin mahiyyətini daha yaxşı dərk edir. Düşünmə ki, mən bildiklərimi paylaşsam, rəqibim artacaq və mən geridə qalacam. Yaxşı, heç kim bildikilərini paylaşmasa, o zaman sən necə öyrənəcəksən?
Nəticələ olaraq, nəinki proqramlaşdırma sahəsində, ümumiyyətlə mühəndislikdə özünü inkişaf  etdirməzsən, bu sahədə heç bir şəkildə irəliləyə bilməzsən.
Proqramlaşdırma sahəsidə pulu ilk plana qoyma. Təbii ki, bu sahədə mütəxəssis olsan, çoxlu pullar qazana bilərsən. Amma bu, bulu ilk plana qoymalıyıq mənasına gəlməməlidir. Əgər sənin üçün karyera, uğur, qalibiyyət ilk planda olsa, pul özü səni tapacaq :)

Hələlik bu qədər. Özünüzə yaxşı baxın :) HƏYATI KODLAMAĞI UNUTMAYIN !!!

Comments

Post a Comment